Siyasət 

“Rusiya artıq Qarabağ məsələsində dominant deyil”

Karnegi Fondunun Moskva mərkəzinin direktoru Dmitri Trenin Azadlıq radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, Rusiya artıq Qarabağ məsələsində dominant deyil.
Siyasi şərhçi Asif Nərimanlı “Ölkə.az”a açıqlamasında bu fikirlərə münasibət bildirib.

O deyib ki, II Qarabağ müharibəsi Moskvanın Qafqazdakı mövqelərinin zəifləməsinə səbəb olub: “Türkiyə regionda “kəmiyyətcə” iştirakını “keyfiyyətcə” iştiraka çevirdi. Rusiya sülhməramlılarını Qarabağa yerləşdirməklə mövqelərinə dəyən zərəri qismən kompensasiya etdi”.Siyasi şərhçi qeyd edib ki, Rusiya üçün əsas maraq Türkiyə kimi böyük regional ölkə ilə silahlı münaqişə vəziyyətində olmamaqdır: “Eləcə də qonşusu Azərbaycanla münaqişə vəziyyətindən qaçmaq və müttəfiqi Ermənistanı taleyin ümidinə buraxmamaqdır və Qarabağ məsələsində imkanlarının olduqca məhdudlaşdığını dərk etməkdir. Müharibənin başa çatmasından sonra yazırdıq ki, Bakı münaqişəni onu yaradanın əli ilə həll etdi və Türkiyəni bölgəyə gətirməklə güc balansını (hərbi və siyasi mənada) dəyişdi”.

Daha çox xəbərlər