Gündəm Manset 

Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır

Bu günlərdə 44 günlük müharibəsinin həm kədərini, həm də sevincini yaşayırıq. Kədərini ona görə ki, vətənimizin azadlığı uğrunda neçə-neçə oğullarımız həyatından keçmiş oldu. Atalar,analar oğulsuz, gəlinlər ərsiz, uşaqlar atasız qaldı. Vətənin köksünə saysız hesabsız köz-köz yaralar vuruldu. Tarixboyu xain düşmənin, məkrli ermənilərin xalqımıza qarşı həyat keçirdikləri təcavüzkarlığın qarşısını almağın, cavabını verməyin hesabına qurbanlar verməli olduq. Ancaq , buna baxmayaraq döyüş meydanında ordumuzun fədəkarlığı, qəhrəmanlığı sayəsində Ali Baş Komandanımız xalqımıza böyük qələbə bəxş elədi. 28 illik işğal altında olan torpaqlarımız yağı düşməndən, erməni vəhşilərindən azad edildi. Şuşa zəfəri ilə qələbənin möhtəşəm sevincini yaşadıq. Bu gün də torpaqlarımızın abadlığı, şəhərlərin, kəndlərin yenidən tikildiyini gördükcə sevincimizin həddi-hüdudu olmur.

İndi biz qələbə qazanan,zəfər çalan, özünün inkişaf yolunda yeni mərhələyə qədəm qoymuş Azərbaycanımızda bunların şahidi olduqca məğrurluq hissi keçiririk. Fəxrlə,tam ürəklə Vətən torpağımızın gözəl təbiətinin təmiz saf havasindan ürəklə ciyərlərimizə çəkə bilirik. Çünki, 30 illik Vətən həsrətimizə son qoyuldu, Dəmir Yumruq altında Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin başçılıq etdiyi igid Azərbaycan Ordusu Qələbə qazanaraq bütün dünya ölkələrinə sübut etdi ki, “Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır”.
Artiq bir  ilə yaxındır ki, həm vətənimiz Azərbaycanda o, cümlədən vətəndən kənarda yaşayan soydaşlarımız da böyük bir fəxarətlə Qələbə əzmini yaşayırıq və bütün dünyaya çatdırırıq ki, biz öz torpağımızdayıq və bizim olanı, bizə aid olanı geri almışıq: Mərdliklə Qəhrəmancasına və Qürurla.
Qələbə qazanmaq, zəfər çalmaq elə bir duyğudur ki, onu insanların hərəsi bir cür yaşayır: Kənardan müşahidə etməklə, fikir bildirməklə cəbhənin içərisində olanları canlı- canlı yaşamaqla.(Həm arxa həm də ön cəbhədə).

Ötən il xalqımızın qələbəsi ilə başa çatan 44 günlük müharibənin sonunda əldə etdiyimiz zəfər hər bir azərbaycanlı ailəsi kimi bizim də hədsiz sevincimizə səbəb oldu.Həyat yoldaşım Nürəddin Əliyev ilə birlikdə ailə üzvlərimiz qələbənin sevincini böyuk bir fəxarət hissi ilə yaşamalı olduq.

O günlərdə Azərbaycan xalqının bir vətəndaşı kimi arxa cəbhədə vətənimizə, Xalqımıza bacardığımız qədər dəstək olmağa çalışdıq. Çünki Vətən- Ana, Ana – Vətəndir. Qaraca torpaq- Anamızdır. Azda olsa, Vətən azadlığı uğrunda kiçik bir xidmət dövlətimizə dəstək olmaq deməkdir. Dövlətimiz güclüdür, çünki igid ərənlərin qəhrəman qanı var bu torpağın üzərində.Xalqımız hər zaman öz bütövlüyü ilə tarixin səhifələrinə adını qızıl hərflərlə həkk edir və o, tarix dəyişmir. Məhz onun təkrarıdır ki, vətənimizin hər qarış torpağını heç bir namərdə vermədən,“QARABAĞ AZƏRBAYCANDIR” deyib, yenidən ərazimizi bütövləşdirdik və Cənab Ali Baş Komandan İlham Əliyevin bir devizi ilə bir daha dünyaya səs salaraq sübut etdi .

Vüsalə Musayeva

Bərdə şəhər 6 saylı tam orta məktəbin Tədris işlər üzrə direktor müavini .

Daha çox xəbərlər