Tovuzda yeməkxana yanıb
Tovuzda yanğın qeydə alınıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, rayonun Abulbəyli kəndində ümumi sahəsi 100 m² olan tikilinin (yeməkxana kimi fəaliyyət göstərir) mətbəxinin lambirindən ibarət tavanı 9 m² sahədə, pəncərə çərçivəsi və içərisində 1 ədəd stol yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

