Hadisə 

Cəlilabad sakinindən 8 kq-a yaxın narkotik götürülüb

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini D.Cəfərli 79 qrama yaxın narkotik vasitə olan tiryəki satarkən cinayət başında yaxalanıb.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi Ş.Novruzov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə oradan çəkisi 2 kiloqram 158 qramdan artıq heroin, 6,1 kiloqrama yaxın tiryək, 174 qramdan çox həşiş və 42 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha çox xəbərlər