Sosial 

Kibrit və tıxacla stəkana necə su doldurmaq olar? – Hər kəs edə bilməz – FOTO-VİDEO

Hələ 2017-ci ildə “Populyar texnologiyalar” nəşrində maraqlı tapmaca dərc olunub. Cavabı sadə olsa da, hər kəs tapa bilməz. Boşqabı tərpətmədən içindəki suyu kibrit və tıxacın vasitəsi ilə stəkana necə doldurmaq olar?

ARANTV.AZ  xəbər verir ki, həmin tapmacanın maraqlı tarixçəsi var.

Belə ki, restoranların birində xidməti personal müştərilərə bu tapmacanı tapmağı təklif edib. Düzgün cavabı tapana sifarişində 50% endirim edilib, tapmayanlar isə ofisianta çay süfrəsinin qiymətinin yarısını veriblər.

Təsəvver edin ki, siz həmin restorandasınız. Qarşınıza su ilə dolu boşqab, boş stəkan, kibrit və tıxac qoyulub. Boşqabı tərpətmədən suyu stəkana necə doldurardınız?

Kibrit və tıxacla stəkana necə su doldurmaq olar? - Hər kəs edə bilməz - FOTO-VİDEOTapmadınızsa, narahat olmayın, sizdən pul istəməyəcəyik, əksinə, düzgün cavabı açıqlayacağıq.

Məsələni həll etmək üçün boşqabın ortasına tıxacı qoyun, üzərinə kibriti yerləşdirib yandırın və dərhal çevrilmiş stəkanla örtün.

Kibrit və tıxacla stəkana necə su doldurmaq olar? - Hər kəs edə bilməz - FOTO-VİDEOKibrit sönən kimi su stəkana yığılacaq, çünki yanma nəticəsində stəkanın içində oksigen qalmayacaq.

Kibrit və tıxacla stəkana necə su doldurmaq olar? - Hər kəs edə bilməz - FOTO-VİDEO

 

Daha çox xəbərlər