Maraqlı 

Düzgün rejim beynin qidasıdır…

Səhər yeməyindən imtina etmək

Səhər yeməyi yeməyən şəxslər aşağı  qan şəkərinə  sahib olurlar. Bu vəziyyət beyin üçün qeyri-kafi qida tədarük edilməsinə və sonunda beyin degenerasiyasına gətirib çıxarır.

Aşırı dərəcədə qidalanmaq

Sən demə həddindən artıq yemək yemək  beyin damarlarının qalınlaşmasına səbəb olaraq zehin gücünün azalmasına gətirib çıxarır.

Siqaret çəkmək

İnsanların ən təhlükəli  vərdişlərindən biri olan siqaretdən imtina etmək heç vaxt  gec deyil.  Çünki ağciyərlərin zədələnməsinə səbəb olan  bu vərdiş, həmçinin beyinə də mənfi təsir edir. Siqaret çəkmək Alzheimer xəstəliyinə  və beyin toxumalarının azalmasına  səbəb ola bilər.

Şirniyyatdan istifadə 

Şəkər zülalların və qidaların orqanizmə sorulmasını dayandıraraq, balanssız bəslənməyə səbəb olur və beynin inkişafına mane ola bilər.

Yuxusuzluq

Yuxusuzluq həm bədəninizə, həm də beyninizə zərərli olan  amillərdən biridir. Bədən hüceyrələrinizi və toxumalarınızı bərpa etmək üçün insana  7- 8 saat arasında sağlam  yuxu rejimi lazımdır. Xüsusilə də  uzun bir iş qrafikindən sonra beyin hüceyrələrinizin sağlam yuxuya  ehtiyacı var. Alimlər, həmçinin yuxu zamanı neyronlara zərər verə biləcək zəhərli zülalların və həyat fəaliyyətinin digər məhsulların orqanizmdən çıxarıldığını müəyyən ediblər.

Ünsiyyətin olmaması

Zehni söhbətlər beynin fəaliyyətini yaxşılaşdırır.

Passiv olmaq zərərlidir

Belə ki, müntəzəm fiziki iş zamanı orqanizmdə təbii ağrıkəsicilər hesab olunan endorfinlər ifraz olunur. Onlar bədənin gündəlik yüklənməyə tab gətirə bilməsi üçün lazımdır. Həmçinin fiziki aktivlik sayəsində beyin daha çox oksigen qəbul edir ki, bu da onun məhsuldarlığını artırır.

Daha çox xəbərlər