Sosial 

DSMF vətəndaşlara müraciət edib

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib.

 

Fondun İctimaiyyətlə əlaqələr departamentindən “İki sahil”ə verilən məlumata görə, noyabrın 1-dən respublika üzrə birdəfəlik sosial ödənişlər – dəfn üçün müavinət; uşağın anadan olmasına görə müavinət; cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət; radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara “Azərpoçt” vasitəsilə çatdırılır. Vətəndaşlar həmin vəsaiti “Azərpoçt”un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.

 

 

Daha çox xəbərlər