Bərdədə “Aran Media Group” Vətən müharibəsi dövründə fərqlənmişbir qurup şəxs fəxri fərmanla təltif edilib VİDEO-FOTOLAR
Bu günlərdə “ Zəfər günü “ ilə bağlı ölkəmizin hər yerində bayram tədbirləri həyata keçirilir. Aran media qroup Bərdə rayon Ağsaqqallar şurasıyla birgə zəfər gününü münasibətilə ,44 günlük vətən müharibəsi zamanı arxa cəbhədə səmərəli fəaliyyəti olmuş şəxslərin mükafatlandırılması ilə qeyd etməyi qərara alıb. Bu münasibətlə noyabrın 5-i Bərdə şəhər 6 saylı tam orta məktəbin binasında fəxri fərmanlarla mükafatlandırma mərasimi təşkil edilib. Tədbirdə Bərdə rayon Ağsaqqallar Şurasının üzvləri, İctimai Birlik sədrləri,Səhiyyə və Təhsil işçiləri, ziyalılar, sahibkarlar keçirilən mükafatlandırmada iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Aran Media qroupun təsisçisi Vüsal Bayramov çıxış edərək qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan xalqımızı və tədbir iştirakçılarını Zəfər günü münasibəti ilə təbrik edib və Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirin aparılması üçün söz jurnalist Musa Muradlıya verilib.Tədbir aparıcısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Tədbirdə çıxış edən Arantv.az-ın direktoru Rafiq Hüseynov 44 günlük vətən müharibəsində ordumuzun rəşadətli döyüşlərindən danışıb.Qeyd edib ki, Ermənistan Beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini hədəf seçmişdir. Bərdə şəhəri də düşmənin raket hücumlarına məruz qalmış, xeyli sayda mülki şəxs qanlı erməni terrorunun qurbanı olmuşdur. 44 günlük vətən müharibəsi vaxtı atəş altından çıxan məcburi köçkünlərə Bərdədə göstərilən qayğıdan danışan Rafiq Hüseynov vurğulayıb ki, həmin günlərdə Bərdə Rayon icra hakimyəti ,Hüquq mühafizə orqanları ,idarə müəssələr,təhsil müəsisələrinin rəhbərləri , sahibkarlar, Səhiyyə işçiləri ,media nümayəndələri Bərdə çörək ASC-nin fəaliyyəti təqdir olunmalıdır. Qələbəyə gedən yolda əməyi olan hər kəs qiymətləndirilməlidir. Tədbirdə Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov da çıxış edərək Qarabağ müharibəsi və zəfər bayramı barədə fikirlərini bölüşmüşdür.Çıxış edən natiqlər xalqımızın bir yumuruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışıblar. Natiqlər, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Çıxışlardan sonra ll Qarabag müharibəsi zamanı arxa cəbhədə fəallığı ilə seçilən Bərdə rayon Ağsaqqal şurası , Səhiyyə təhsil işçiləri ,media nümayəndələri, içtimai birliklər,sahibkarlar,gənclər ,və fəallar Aran media qroupun fəxri fərmanları iə təltif edilmişlər.




































