Bərdə Peşə Liseyində ” Zəfər Günü” nə həsr olumuş tədbir keçirilib VİDEO-FOTOLAR
Noyabrın 5-də Bərdə Peşə Liseyində Zəfər bayramına həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Bərdə Peşə Liseyinin Təlim tərbiyə işləri üzrə direktor müavini Rafiq Alıyev çıxış edərək tədbiri açıq elan edib. Direktor müavini Rafiq Alıyev qazanılan qələbədə Azərbaycan xalqının şərikinin olmadığını, Torpaqlarımızın işğalına beynəlxalq təşkilatların göz yumaraq , seyrçi mövqeyi ilə yanaşdığını, BMT qətnamələrin Azərbaycan ordusunun güc tətbiqi sayəsində həyata keçirildiyinin, düşmənin işğal etdiyi ərazilərdən qovulduğunu , bununla da Azırbaycan xalqının şərəf və namusuna düşən ləkənin təmizləndiyini deyib.Əlavə edib ki, həmişə dediyimiz “ Fəxr edirəm ki, Mən azərbaycanlıyam” sözlərini indi daha da uca səslə , məğrurluqla söyləmək haqqı qazanmışıq. Şəhid Turqut Zeynalovun atası Fikrət Zeynalova söz verilərkən o, oğlunun döyüş yolu haqqında məlumat verib. Şəhid Turqut Zeynalovun atasından sonra söz qazilər Hüseyn Qasımov və Güloğlan Əsgərova verilib, onlar çıxış ediərək döyüş təəssüratlarını bölüşüblər. Bərdə rayon 32-lər kənd sakini Elnur Mehralıyev çıxış edərək 44 günlük müharibədə özü ilə bərabər,cəbhənin müxtəlif istiqamətlərində qardaşının da döyüşdüyünü bildirib. Döyüşlərin gedişində qardaşı Elşən Suqovuşan istiqamətində şəhid olub. Elnur döyüşlərdə yaralansa da vətən uğrunda döyüşmək amalından əl çəkməyib.Yenidən döyüşlərə qatılıb. Kəlbəcərdən tutmuş Şuşaya qədər döyüşlərdə iştirak edib. Keçdiyi döyüş yolunda , xüsusi igidliklər göstərdiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə yüksək orden və medallarla mükafatlandırılıb. Bərdə Peşə Liseyinin Tədris istehsalat işləri üzrə direktor müavini Samir Nəcəfov çıxış edərək tədbir iştirakçılarını bir daha 8 noyabr ”Zəfər günü “ ilə bağlı təbrik edib. Qazanılan qələbədə iştirak etmiş zabit və əsgərlərimizin fədakarlığını yüksək qiymətləndirib. Qələbə üçün şəhid qazilərimizə borclu olduğumuzu vurğulayıb.”Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dekabr 2020-ci ildə II Qarabağ müharibəsində qələbəmizin şərəfinə “Zəfər günü” elan etmişdir.Bu gün bütövlükdə Azərbaycan xalqının bayramıdır. Şəhidlər hər birimiz üçün əzizdir.Onların adını uca tutmaq, yaşatmaq Hamımızın borcudur . Qələbənin əldə olunmasında canından keçmiş şəhidlərin qarşısında baş əyirəm.Onların valideynlərinin əllərindən öpürəm.”-deyən Samir Nəcəfov şəhidlərin heç vaxt unudulmayacağını, daim Azərbaycan xalqının qəlbində yaşayacaqlarını vurğulayıb. Tədbirin rəsmi hissəsindən sonra vətənpərvərlik mövzusunda lisey şagirdlərinin ifasında şerlər sylənilmiş, teatrallaşdırılmış hərbi döyüş ruhuna uyğun səhnəciklər nümayiş olunmuşdur. Sonda dəvət olunan şəhid ailəsi, döyüşçü olmuş qonaqlara , “Zəfər günü “ yazı inşa müsabiqəsinin qaliblərinə, tədbirin ədəbi-bədii kompozisyasında rol alan iştirakçılara mükafatlar təqdim olunub












