Gündəm Manset 

Aran Media Group tərəfindən “Ən uca abidəmiz Qarabağdır ” inşa müsabiqəsinin təqdimatı keçirildi+VIDEO+FOTOLAR

Azərbaycan təhsilinə ictimai dəstək olaraq, “Aran Media GROUP” təşkilatı tərəfindən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində 5-11-ci siniflər arasında keçirdiyi “Ən Uca Abidəmiz Qarabağdır” inşa müsabiqəsinin qalibləri məlum olub.Qaliblərin mükafatlandırılması Zəfər gününə təsadüf edib. Mükafatlandırılma Sumqayıt şəhərində həyata keçirilib.Mərasimdə çıxış edən Aran Media GROUP təşkilatının direktoru Şeyda Əzizova bildirib ki,müsabiqənin keçirilməsində məqsəd şagirdləri vətənpər ruhda yetişdirməkdir.Bildirək ki,məktəblilər,44 günlük Vətən müharibəsində, tarixə qızıl hərflərlə yazılan, Azərbaycan Respublikasının Ali Baş Komandanı,prezident İlham Əliyevin güclü və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan əsgərinin şücaəti nəticəsində Qarabağın erməni işğalçılarından azad edilməsi və ölkəmizdə “Ən Uca Abidəmiz Qarabağdır” olması münasibətilə inşa yazaraq, “Aran Media Group” təşkilatına göndəriblər.Çıxış edən valideynlər də müsabiqənin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.Şagirdlərin qabiliyyətlərini üzə çıxarmaq üçün təşkil edilən bu cür layihələrin davamlı olmasını arzu ediblər.Çıxışlardan sonra 1-ci, 2-ci və 3-cü yerləri tutan məktəblilərə Aran Media GROUP” təşkilatı tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Onu da qeyd edək ki, Aran Media GROUP təşkilatının təsisçisi Vüsal Bayramov və təşkilatın direktoru Şeyda Əzizova tərəfindən mütəmadi olaraq müxtəlif səpkili tədbirlər təşkil olunur. Təşkil edilən tədbirlərin əsas məqsədi sağlam ruhla,sağlam cəmiyyətimizin,sağlam gələcəyini qurmaqdan ibarətdir.Tədbir zamanı məktəblilər tərəfindən şeirlər söylənib,musiqilər ifa olunub.Həmçinin müsabiqənin iştirakçıları olan şagirdlərin əl işlərindən ibarət sərgilər də nümayiş edilib.

 

Daha çox xəbərlər