Sosial 

Əlillik təyinatı aparılan qazilərin sayı AÇIQLANDI

“Ötən ildən indiyə kimi 2200-ə qədər Vətən müharibəsi qazisinin əlillik təyinatı aparılıb”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, həmin şəxslərə sosial ödənişlər həyata keçirilir:

“Eyni zamanda, yuxarı və aşağı ətraflarını itirən 166 şəxs yüksək texnologiyalı protezlə təmin edilib”.

Daha çox xəbərlər