Siyasət 

İlham Əliyevlə Vladimir Putin arasında şəxsi təmaslar milli maraqların inkişafına yönəlib – Korotçenko

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi təmaslar milli maraqların inkişafına yönəlib və heç kim münasibətləri poza bilməyəcək.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko bu gün Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rusiyalı deputat və ekspertlərin gənclərlə görüşü və dəyirmi masa zamanı deyib.

Ekspert bildirib ki, Azərbaycanla Rusiya prezidentləri arasında öz ölkələri və xalqları naminə dostluq münasibətləri mövcuddur:

“Ölkələrimiz təkcə müttəfiq deyil, həm də bir çox ümumi cəhətə malikdir. Azərbaycan da Rusiya kimi özünü təmin edə bilən ölkədir. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”, – deyə İ.Korotçenko bildirib.

Daha çox xəbərlər