Cəmiyyət 

Martın sonu, aprelin əvvəli sayımız 10 milyon olacaq – 4 dövlət qurumu bu prosesi izləyir

İlkin hesablamalara görə, Azərbaycanın 10 milyonuncu sakini bu il martın sonunda, aprelin əvvəlində doğulacaq.

ARANTV.AZ  report-a istinadən xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“Ədliyyə və Səhiyyə Nazirlikləri, eləcə də Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesi izləyirik”, – o qeyd edib.

Komitə sədri etiraf edib ki, son bir neçə ildə əhalinin təbii artım tempi zəifləyib: “Doğumların sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir. 2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 nəfər təşkil edib. Bu il keçiriləcək əhalinin növbəti siyahıya alınmasında da bu rəqəm dəqiq göstəriləcək”.

Daha çox xəbərlər