Dünya 

Lukaşenko “vəhşi siyasətçilərə” xəbərdarlıq etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhəddə yaranmış qaçqın böhranı ilə bağlı bu ölkədən olan “vəhşi siyasətçiləri” hədələyib. Bildirib ki, yaranmış gərginlik müharibəyə çevrilə bilər.

Lukaşenkonun çıxışından rəsmi BELTA agentliyi sitat gətirir. “Siz yəqin eşidirsiniz ki, həmin vəhşi siyasətçilər və Polşa rəhbərliyi tərəfindən daimi təhdidlər səsləndirilir. Biz Polşa ilə qarşı-qarşıya gəlmək istəmirik, bu problem müharibəyə çevrilə bilər. Belarus Avropa İttifaqından sərhəddə qalan 2 minə yaxın qaçqını qəbul edib-etməmələri ilə bağlı cavab gözləyir”,-Lukaşenko belə deyib.

 

Belarus prezidenti Polşa tərəfinin onun ölkəsi ilə dəmiryol sərhəd-keçid məntəqəsini bağlaya biləcəkləri haqda xəbərdarlıqlarına da münasibət bildirib. “Əgər rahatdırsa bağlayın. Amma əvvəlcə bunu düşünmək lazımdır ki, onlar Çinlə, Rusiya ilə, ümumiyyətlə Şərqlə necə əlaqə saxlayacaqlar. Donbassdan keçəcəklər. Orada isə sərt uşaqlar oturublar. Onları sürətlə soyacaqlar”,-Lukaşenko deyib.

Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Estoniya baş naziri Kaey Kallasla görüşdən sonra Belarusla sərhədlərin bağlanmasının mümkünlüyü haqda danışıb və Minskə qarşı ciddi iqtisadi sanksiyaların müzakirə olunduğu deyib.

Xatırladaq ki, bir aya yaxındır Yaxın Şərqdən və Avropa ölkələrindən, o cümlədən Əfqanıstandan olan minlərlə qaçqını Belarusun turizm şirkətləri daşıyaraq Polşa ilə sərhədə cəmləşdirib. Polşa ilə qaçqınları öz ərazisinə buraxmaq istəmir və bu süni qaçqın böhranının arxasında Rusiyanın dayandığı bildirilir. Sərhəddə hər gün qaçqınlarla Polşa güc strukturlarının əməkdaşları arasında qarşıdurma baş verir.//virtualaz.org

Daha çox xəbərlər