Nazir: İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır
Azərbaycan hökuməti azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlamışdır. İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən məlumata görə, bu fikirləri noyabr 27 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, nəhəng nəqliyyat və enerji infrastrukturu layihələri, xüsusilə bir neçə magistral və elektrik şəbəkələrinin, eləcə də üç hava limanının tikintisi həyata keçirilir. 8 ay ərzində biz Füzuli Beynəlxalq Hava Limanını istifadəyə vermişik, digər iki hava limanının tikintisi isə davam edir.

