Manset 

Azərbaycan Soçi görüşündə də diktə edən tərəf olaraq öz tarixi missiyasını uğurla davam etdirdi

Ermənistan kapitulyasiya aktının şərtlərinə əməl etməyə məcburdur

 

Yerli və xarici siyasi şərhçilər Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini əsasən müsbət qiymətləndirirlər. Onların qənaətincə görüş nəticəsində birgə imzalanan bəyanatda Azərbaycanın mövqeyi, demək olar ki, tam təmin edilmiş sayıla bilər.

Məlum bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə ölkələri birləşdirəcəkavtomobil və dəmir yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusi diqqət çəkir. Təsadüfi deyil ki, üçtərəfli görüş zamanı Prezident İlham Əliyev ötən il ərzində Azərbaycanın müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirdiyini xüsusi vurğulayıb. Öz növbəsində Nikol Paşinyanın mətbuat üçün verdiyi açıqlamada bəzi məsələlərdə “heç bir fikir ayrılığı” olmadığı qənəti yaxın gələcəkdə qeyd olunan problemlərin həllinin gerçəkləşəcəyindən xəbər verir. Bütövlükdə məlum görüşü və nəticə etibarilə qəbul edilən bəyanatı Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar. Bu məqamda qeyd etmək lazımdır ki, bəyanatda nə status, nə də Qarabağ ifadəsinin işlənməməsi də irəliyə doğru növbəti bir uğurlu addım kimi xarakterizə edilməlidir. Digər bir məqam, Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılılıq əldə olunduğu qeyd edilir. Bunlarla yanaşı avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da Zəngəzur dəhlizini nəzərdə tutur. Bəyanatın qəbul edilməsidigər vasitəçiləri, xüsusilə də Paşinyanın daim prosesə cəlb etmək istədiyi ATƏT-in Minsk qrupunu kənarda qoyur. Demək olar ki, sözügedən qurumlar artıq formal xarakter daşıyır. Soçi görüşü Cənubi Qafqazda sülhün və təhlükəsizliyn təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilir. Tam əminliklədemək olar ki, bu görüşdə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir hal müşahidə olunmayıb. Digər bir məqam,Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımıza göstərdiyi xüsusi ehtiram, eyni zamanda bir çox məsələlərdə, o cümlədən mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa görə İlham Əliyevə təşəkkür etməsi, onu deməyə əsas verir ki, Azərbaycan nüfuz etibarilə regiondakı liderliyini qoruyub saxlayır vəproseslər rəsmi Bakının iradəsindən kənarda inkişaf etmir.Üstəlik, Paşinyan da artıq anlayır ki, bəyanatda təsbit edilmiş aspektlərdən kənar hərəkət etmək, öhdəliklərdən qaçmaq mümkün deyil. Delimitasiya məsələsində İşçi Qrupun yaradılması ilə bağlı razılıq da artıq əldə olunub. Bu da onu deməyə əsas verir ki, Ermənistan kapitulyasiya aktının şərtlərinə əməl etməyə məcburdur. Bu mənada Ermənistanın mövcud reallıqları qəbul etməsi qaçılmazdır və bundan sonra qalib ölkə olaraq  Azərbaycan hər zaman diktə edən tərəf olaraq öz tarixi missiyasını uğurla davam etdirəcək. Konkret ifadə etsək bundan sonratərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atacaq, delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiya yaradılacaq. Soçidə imzalanan bəyanat regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini ortaya qoymuş oldu. Bir sözlə, Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu və nəticə eribarilə heş bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bəyanatda tam olaraq öz əksini tapdı.

Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru

Daha çox xəbərlər