Bərdədə çay evində ölüm
Bərdədə çay evində ölüm hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən çay evlərindən birində qeydə alınıb. 1955-ci il təvəllüdlü İsmayıl Quliyev qəfil ölüb.
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
big.az

