“1 apreldən sonra sosial müavinət və təqaüdlər yeni Sərəncama uyğun ödəniləcək” – Sahil Babayev
“Prezident İlham Əliyevin Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamı 570 min insanı əhatə edir”.
ARANTV.AZ-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Sərəncamın illik maliyyə yükü 400 milyon manatdır.
Nazir bildirib ki, 15 gün müddətində normativ hüquqi aktlar hazırlanacaq və 1 apreldən təsdiqlənəcək. 1 apreldən sonra sosial müavinət və təqaüdlər yeni Sərəncama uyğun ödəniləcək.metbuat.az

