Dünya 

Şokoladın gözlənilməz FAYDASI AÇIQLANDI

Yaponiyalı terapevt Yuma Mori şokoladın gözlənilməz faydasından danışıb. Onun sözlərinə görə, mütəmadi olaraq bu məhsuldan istifadə edənlərdə infarkt riski azalır.

ARANTV.AZ xəbər verir ki, bu barədə “Diamond online” jurnalı yazır.

Belə ki, həkimin dediyinə görə, tünd şokoladda faydalı maddələr, xüsusən də flavonollar çoxdur. Onlar qan damarlarında azot oksidinin sintezini aktivləşdirirlər. Azot oksidi isə, öz növbəsində, damarları genişləndirir və təzyiqi azaldır.

Mori vurğulayıb ki, bir çoxları kariyes qorxusundan şokoladdan imtina edirlər.

Həkim onu da əlavə edib ki, tünd yox, südlü şokoladı çox miqdarda yemək zərərlidir.

Daha çox xəbərlər