Vətəndaşların NƏZƏRİNƏ: Naməlum əşyalara YAXINLAŞMAYIN – FOTO
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Agentlik minaların insanların gözlə aşkar edə bilməyəcəyi şəkildə basdırıldığını vurğulayıb.
Vətəndaşların nəzərinə çatdırılıb ki, naməlum əşya gördükdə yaxınlaşmasınlar, toxunmasınlar və aidiyyəti qurumlara müraciət etsinlər.

