Sosial 

İranda işləyən uşaqların sayı gündən-günə artır – FOTO

İranda işləyən uşaqların sayı gündən-günə artır. İran hökuməti problemi gizlətmək üçün iddia edir ki, çalışan uşaqların gündəlik 1 milyon tümən gəlirləri olur. Halbuki, onların 99%-nin yeməyə bir tikə çörəyi belə yoxdur.

“Azad İran” Telegram kanalı xəbər verir ki, uşaqların işləməsi ölkədə ən böyük ictimai problem hesab edilir. Bu problem yoxsulluq və inflyasiyanın artması ilə hər gün biraz daha kəskinləşir.

Ölkədə təbəqələşmənin də artması ilə hər gün bu uşaqların sayı daha da artır. Əvəllər işləyən uşaqlar təkcə Tehranda və bir neçə digər böyük şəhərlərdə idisə, hazırda onları demək olar ki, ölkənin bütün şəhərlərində görə bilərik.

İctimai həssas insanların işi üzrə məsul şəxs küçələrdə işləyən uşaqların sayının artması ilə bağlı deyib: “İşləyən uşaqların yollarda olması daha çox onların ailəsinin məişət və iqtisadi problemi ilə bağlıdır. Uşaqların ailələri onları işləməyə məcbur edir. Buna görə də demək olar ki, bu uşaqların 90%-nin işləməsinin səbəbi onların məişət problemi ilə bağlıdır”.

Xatırladaq ki, İranda işləyən uşaqların ümumi sayının 7 milyon olduğu təxmin edilir. Belə olduğu halda isə İran əhalisinin 10%-ni işləyən uşaqlar təşkil edir. Onların bir çoxu ailə problemi üzündən küçələrə axışıblar. Habelə onların çoxunun ya ailəsi yoxdur, ya zindandadır, ya da narkotik aludəçisidir.

Qeyd edək ki, İran hökumətinin bu cür azyaşlı işləyən uşaqlarla bağlı heç bir addım atmaması sonda onların həyatlarının məhv olmasına ya da narkotik və uyuşdurucu maddələrdən asılı vəziyyətə gəlmələrinə səbəb olur.

 

Daha çox xəbərlər