Siyasət 

Ukraynalı siyasətçilər Brüssel görüşünü şərh etdilər – VİDEO

Prezident İlham Əliyevin Brüsseldə Şərq Tərəfdaşlığı Proqramının 6-cı sammiti çərçivəsində keçirdiyi bir sıra görüşlər dünya ictimaiyyəti tərəfindən də müzakirə olunur. Bundan başqa, Prezident İlham Əliyevin Ukrayna, Moldova və digər ölkə rəhbərləri ilə keçirdiyi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi digər münaqişələrin həlli üçün də nümunə göstərilib.

Görüşlərdə yeni iqtisadi təklif və layihələrin müzakirəsi ukraynalı siyasətçilərdə xüsusi maraq doğurub.

Onlar Azərbaycanın istər döyüş meydanında, istərsə də siyasi arenada qazandığı uğurların öz ölkələri üçün gözəl nümunə olduğunu vurğulayıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Brüssel sammitindəki görüş bir daha Azərbaycanın Türkiyə ilə bərabər bizim ölkənin strateji tərəfdaşı olduğunu təsdiqləyir.

Bunu Ukrayna Parlamentinin deputatı Valeri Kolyux bildirib. O qeyd edib ki, Ukraynaya Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi təcrübəsi olduqca lazımdır.

Ətraflı Baku TV-nin süjetini təqdim edir:

Daha çox xəbərlər