Dünya 

Ərdoğan: Afrika BMT TŞ-da təmsil olunmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına daxil edilməsinin tərəfdarı olduğunu yenidən bəyan edib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Ərdoğan 3-cü Türkiyə-Afrika Tərəfdaşlıq Sammitində çıxışı zamanı deyib.

“Biz “Dünya beşdən böyükdür” şüarı altında mübarizə aparırıq ki, bu da təkcə Türkiyənin deyil, Afrika ölkələrinin də maraqlarına cavab verir. Afrikanın BMT Təhlükəsizlik Şurasında layiqincə təmsil olunması üçün səylərimizi birləşdirməliyik. 1,3 milyard əhalisi olan Afrika qitəsinin BMT Təhlükəsizlik Şurasının qərarlarına təsir göstərə bilməməsi ədalətli sayıla bilməz”, – Ərdoğan deyib.

Əlavə edib ki, Türkiyən Afrika ölkələri ilə ticarətin səviyyəsini əvvəlcə 50 milyard dollara, sonra isə 75 milyard dollara çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, 2020-ci ildə bu rəqəm 25,3 milyard dollar olub.

3-cü Türkiyə-Afrika Tərəfdaşlıq Sammiti dekabrın 17-18-də İstanbulda keçirilir.

Daha çox xəbərlər