Dünya 

Turində iki tikinti kranı aşıb: Ölənlər var – VİDEO

İtaliyanın şimalındakı Turin şəhərində iki tikinti kranı aşıb.

İnsident Via Genova küçəsində yeddi mərtəbəli binanın fasadının təmirinə hazırlıq zamanı baş verib.

Hadisə nəticəsində üç işçi həlak olub. Onlardan ikisi hadisə yerində ölüb. Üçüncüsü isə xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yoldan keçən bir neçə nəfər də yaralanıb.

İstintaqın məlumatına görə, kranlardan biri digərinin də aşmasına səbəb olub. Dağıntılar yaxınlıqdakı binanın üzərinə düşüb və küçəyə səpələnib.

Mənbə: ru.euronews.com

Daha çox xəbərlər