“Biz 20 ildən çoxdur ki, bazar iqtisadiyyatı yolunu seçmişik. Bu yolu seçən ölkədə kafelərin, otellərin qiymətlərinə qarışmaq necə doğru olar? Amma hesab edirəm ki, onların menyularında qiymətləri yazılmalıdır”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.
“Kafe-restoranların, otellərin rəsmi formada menyuları, qiymətləri olmalıdır. Onlar da bir şəbəkədə olmalıdır ki, insanlar seçim edə bilsinlər”, – deyə deputat vurğulayıb.
