İranda qatar relsdən çıxıb, 14 vaqon aşıb

İranda qatar relsdən çıxıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, Tehrandan – Mazandaran istiqamətinə hərəkət edən yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində 14 vaqon aşıb.

Hazırda yolun açılması istiqamətində işlər görülür.

Hadisə ilə əlaqədar bu gün həmin istiqamətdə sərnişin qatarların hərəkəti dayandırlıb.