Gündəm 

XXI əsr Texnologiya əsridir.

Müasir dövrdə şagirdlərin texnoloji mədəniyyətlə tərbiyə edilməsi və  məişət mədəniyyətinin aşılanması böyük əhəmiyyət kəsb edir. Əldə edilən bütün bilik və informasiyaların  şagirdlərin maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin zəruri tələb kimi irəli sürüldüyü bir dövrdə şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri və öz fəaliyyətlərində onlardan məqsədyönlü şəkildə istifadə edə bilmə bacarıqlarının inkşafı  mühüm rol oynayır.

Texnologiya – yunan sözü olub, “techne” (bacarıq) və “logos” (öyrənmə) sözlərindən yaranmışdır. Məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusudur.

Bütün fənlərdə olduğu kimi, texnologiya fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır. Texnologiyanın  məznum xətləri dedikdə aşağdakı bölmələr  nəzərdə tutulur.

             Emal texnologiyaları

             Texnika elementləri

             Məişət mədəniyyəti

             Qrafika

Emal texnologiyaları -“Texnologiya” fənninin əsas məzmun xətlərindən biri olub, şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin  bacarıqalara və elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.

Texnika elementlərinin  məzmun xətti üzrə şagirdlərə gündəlik həyatda qarşılaşdıqları texnikanın ümumi xarakteristikasının öyrədilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri, istehsal texnologiyalarının təkmilləşdirilməsi, müasir texniki qurğular və konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur. Şagirdlərdə texnika aləmi, maşınların növləri və təyinatı, hissələrinin birləşdirilməsi, maket və onlara verilən tələblər  texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqları formalaşdırılır.

Qrafika məzmun xəttində – qrafika üzrə hər bir məmulatı hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, texniki təsvirini, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazım gəlir. Elektron qurğularından istifadə etdikdə onlardakı xırda nasazlıqları axtarıb tapmaq və aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.

 

Məişət mədəniyyətinin məzmun xəttində  şagirdlər gündəlik həyatda, məişətdə , sadə təmir işlərində  və digər hallarda materialların, enerjinin, informasiyaların dəyişdirilməsi və istifadəsi prosesində iştirak etdiklərindən onlarda müvafiq emal texnologiyalarına aid olan bacarıq və vərdişlərin aşılanması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişidirilməsi və istifadəsi müxtəlif metod və vasitələrlə  təmir alətləri və təmir vaistələrininin necə isdifadə olunmasina dair əldə olunduğu və bunların əsasını məişət mədəniyyəti təşkil təşkil etdiyi üçün göstərilən məzmun xətti “Texnologiya” fənninə daxil edilmişdir

Texnologiyanın bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, yuxarda qeyd edilən məqamların  zərurətindən irəli gəlir və şagirdlərə həyati bilik və bacarıqların aşılanması baxımından böyük əhəmiyyət kəsb edir.

Həmçinin elm və texnikanın sürətlə inkişafı ilə yanaşı  texnologiyaların durmadan yeniləşməsi də  müxtəlif peşə və ixtisaslara tələblərin artmasını zəruri edir.

Müasir dövrdə elə bir vəziyyət yaranmışdır ki, yalnız bir  ixtisasla kifayətlənmək mümkün deyildir. İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir. Ona görə də məktəblərdə gələcəyin geniş profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual problem kimi vacib hesab olunur.

Orta məktəbdə tədris olunan texnologiya fənnində keçirilən  mövzularda  sadə təmir işləri  və ev əşyalarının təmiri və dizaynı ilə bağlı fikirlərin təməli qoyulur. Eyni zamanda şagirdlərin  əl işlərinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı,  təsərrüfat təhsilinində  təməli qoyulur . Məişət mədəniyyətinin tədrisi zamanı bilik və bacarıqlar vasitəsilə şagirdlər həyatda insana lazım olan davranış qaydalarına riayət etmək, ailənin və onun büdcəsinin idarə olunmasında iştirak etmək, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə qulluq etmək vərdişləri qazanırlar. Eyni zamanda şagirdlərdə ailə-məişət mədəniyyəti və ənənələri, interyer tərtibatı və dizayn  habelə, ictimai yerlərdə (evdə, nəqliyyatda, məktəbdə, qonaq getdikdə və s.) davranış və ünsiyyət qaydalarına əməl etmək, öz iş və yaşayış yerlərini təşkil etmək bacarıqları formalaşır.

 

 

Diana Həsənova Vlazim qızı  Azərbaycan kütləvi informasiyalar vasitələri həmkarlar itifaqı ( Azər KHVİ) rəyasət heyətinin qərarı ilə “PEŞƏKAR TƏLİMÇİ” “İLİN TƏLIMÇI”  Fəxri diplomu ilə təltif olunub.

Şuşa rayon 6 saylı tam orta məktəbin Texnologiya müəlliməsi. EDUcompany Tədris mərkəzinin Texnologiya təlimçisi.

 

Daha çox xəbərlər