Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Valideyn övladının dostu olmalıdır

By Vüsal Rafiqoğlu
13.01.2022 4 Min Read

Zaman dəyişib, insanlar “müasirləşdikcə” digər milli ailə dəyərlərimiz kimi, valideyn-övlad münasibətlərində də boşluqlar əmələ gəlir. Ata-oğul, ana-qız arasında əsrlərdən bəri qorunub-saxlanan hörmət, abır-həya pərdəsi, demək olar ki, yox dərəcəsindədir. Əlbəttə razılaşırıq ki, “müasirləşmə” prosesi gedir və hər şey həmişə olduğu kimi qala bilmir.

Valideyn-övlad arasında anlaşılmazlıqlar əvvəlki dövrlərdə də olub, amma o dövrlərdə həyat tərzi bir qədər qapalı olduğundan, bu qədər müzakirə mövzusuna çevrilmirdi: “Bu gün isə demək olar ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşir. Bunu baş verən hadisələrdə də görmək mümkündür. Valideynin övadını, övladın valideyni öldürməsi halları gündən-günə artır. Belə hadisələrdə günahı təkcə uşaqda görmək düzgün deyil, çünki tərbiyə verən, hörməti öyrədən valideyndir. Onun həyat təcrübəsi uşaqdan çoxdur. Və valideyn bilməlidir ki,  övladından yüksək tərbiyə, hörmət gözləyirsə, ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir”.

Bütün valideynlər elə hesab edirlər ki, onların gənclik və yeniyetməlik dövrü daha fərqli olub. Amma mütəxəssislərin fikrincə, hər bir dövrün  yeniyetməsi və gənci özünə bənzəyir, keçmişə deyil. Yəni  valideynlər bunu qəbul etmək istəməsə də, yeniyetmələr hər zaman dövrə uyğun olub.

“Yeniyetməlik dövrü 11-12 yaşdan başlayır və 14-15 yaşa qədər – orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlıları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz”.

Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri eqonun qabarması, heç kəsi qəbul etməmə, özünü hamıdan ağıllı hesab etməkdir.  Valideyn üçün də əsas problem məhz övladının aqressiv davranışlarıdır. Valideyn dünənə qədər uşaq saydığı bugünkü  yeniyetmə ilə ünsiyyət qura bilməməkdə və  onu idarə edə bilməməkdə çətinlik çəkir. Halbuki, 2-3 il öncə öz arzu və istəklərini asanlıqla həyata keçirə bilirdi. Bu zaman valideyn və övlad arasında mübahisələr yaranır. Valideyn-övlad münasibətləri problemə  çevrilir.

Valideynlə yeniyetmə arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Çünki valideyn övladının böyüməsindən xəbərsiz olur. Valideyn hər zamankı tələbkarlıqla övladına yanaşır, amma əvəzində etiraz görür, çaşqınlığa düşür və nə edəcəyini bilmir. Bu vəziyyətdə o, aqressiv davranış nümayiş etdirmək əvəzinə övladının böyüdüyünü qəbul eləsə, vəziyyət onun üçün  daha asan olar.

Uşağın səsi qalınlaşıb, dəyişibsə, tər vəziləri aktivləşibsə, bədəndə müxtəlif fizioloji dəyişikliklər hiss edirsinizsə, uşağınız ən adi səs qıcıqlandırmasına belə reaksiya verirsə, xarici görünüşü ilə maraqlanmağa başlayıbsa, geyimində, danışığında dəyişiklik hiss edirsinizsə, tənqidə qarşı kəskin reaksiya verirsə, övladınız yeniyetmədir.

Yeniyetmələr tənqidə qarşı çox dözümsüz olurlar. Valideyn isə tənqidin yararlı, faydalı olduğunu düşünür.

Xüsusən qız uşaqları bu dövrdə daha təhlükəli olur. Oğlan uşaqları isə ailəsindən qoparaq kənar  qruplara meyl göstərir ki, bu da onun neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir.

Psixoloqlar bu dövrü “dönüş dövrü” və ya “böhran dövrü” adlandırırlar. Valideyn çalışmalıdır ki, bu dövrdə  uşaqlarına qarşılıqlı inam, hörmət aşılasınlar. Təəssüflər olsun ki, bir çox ailələrdə valideynlər övlada qarşı şiddət və zorakılıq tətbiq edir. Belə ailələrdə uşaqda mənəvi  və psixoloji problemlərin yaranma riski daha böyük olur. Bəzi ailələrdə uşaqları ana və ya ata ilə qorxudurlar. Bu da “yeniyetmə faciəsi” ilə nəticələnir. “Çünki belə ailələrdə uşaqda ana-ata sevgisini qorxu əvəz edir. Valideyn övladına  sevgi, güvən, inam vermirsə, övlad tədricən ailədən və  evdən uzaqlaşır. Bu da onun sonradan küçələrdə yaxşı olmayan qruplara qoşulmasına səbəb ola bilər”.

Bəzi valideynlər isə  övladına oyuncaq kimi yanaşır. “Əlindən heç nə gəlmir”, “sən adamsan ki?” və s. bu kimi davranışlarla övladlarını özlərinə rəqib kimi yetişdirirlər. Bu da valideyn-övlad arasında münasibətlərin bitməsi deməkdir. Zaman keçdikcə, münasibətlər daha da incəlir, qırılır, qopur və bəzən övladın ataya, anaya, valideynin övlada əl qaldırıb qətlə yetirməsi ilə də nəticələnə bilir.

Hesab edirəm ki, övladı ilə münasibətlərinin yaxşı olmasını arzulayan valideynlər arada olan hörməti, güvəni qorumaq üçün övladını heç bir zaman tənqid etməməlidir. Valideyn övladının dostu olmalıdır. Onun maraqları ilə yaxından tanış olmağa, sirlərini, düşüncələrini bölüşməyə çalışmalıdır. Valideyn öz problemlərini övladına anlatmağa başlasa, uşaq ondan çəkinməz və öz sirrini bölüşər.

Ailədə övladını idarə etməyə, yönləndirməyə çalışan valideynlər daha çox övladları ilə problemlər yaşayır:

Uşaqların fikrinə önəm verilməlidir. Övlad valideynin olsa da, o da müstəqil insandır. Məsləhət verərkən,  sakit-sakit başa salınmalı, onu qıcıqlandıran məsələlərə toxunulmamalıdı. Valideyn övladının geyim və görünüşünə fikrini bildirə bilər, amma müdaxilə etməməlidir. Övladların düzgün tərbiyəsi   valideynlərin özləri üçün önəmlidir.

Belə deyim var ki, 7 yaşadək uşağın qulu, 15 yaşadək onun dostu olursan. 15 yaşdan sonra isə siz övladınızla məsləhətləşib, onunla fikir mübadiləsi aparmalısınız. Hər bir insana, o cümlədən də uşağa şəxsiyyət kimi yanaşılmalı, onların fikirləri öyrənilməlidi. Problemlərin yaranması üçün valideyn kifayət qədər övladı ilə münasibətdə yaxın olmalıdı. Belə olarsa, övlad valideyni ilə daha açıq olar, sirlərini bölüşüb onlardan məsləhət alar.

Tövsiyə olaraq söyləmək istərdim ki, övladınızın fikirlərini dəstəkləyin. Övladınız bir fikir söylədikdə, onunla söhbət edərək, düşüncələri və hissləri haqqında daha çox məlumat əldə edə bilərsiniz.  Övladlarınızla səmərəli vaxt keçirin. Birlikdə keçirilən vaxt sayəsində bir-birinizin düşüncələrini, hisslərini və maraqlarını tanıyırsınız. Bu, övladınıza verdiyiniz dəyərin göstərircisidir və münasibətiniz üçün çox yaxşıdır.

Səmərəli vaxt, adi günlər hər an və hər yerdə ola bilər. Körpənizi çimdirərkən onunla gülmək və ya övladınızla avtomobildə maraqlı bir söhbət ola bilər. Bu anlar sizə təbəssüm, gülüş və övladınıza pozitiv  enerji vermək üçün şansdır.

Diqqət yayındıran vasitələri minimuma endirməklə birlikdə vaxtınızı ən yaxşı şəkildə istifadə edə bilərsiniz. Məsələn, telefonu kənara qoymaq. Bu, övladınıza onunla fasiləsiz vaxt keçirməyə həvəsli olduğunuzu bilməsinə kömək edir.

Etibar və hörmət, pozitiv valideyn-övlad münasibəti üçün vacibdir.   Körpənizlə ilk illərdə etibarın inkişaf etdirilməsi vacibdir.  Körpəniz sizə  güvəndikdə özünü təhlükəsiz hiss edəcək. Etibar və hörməti inkişaf etdirmək üçün övladınızın dəstəyə, qayğıya və ya köməyə ehtiyacı olduqda hazır olun. Məsələn, körpəniz yıxıldıqda onu qaldırmaq.  Verdiyiniz vədlərə sadiq qalın, beləliklə övladınız dediklərinizə etibar etməyi öyrənsin.

Övladınızı tanıyın və ona dəyər verin və onun hisslərinə və fikirlərinə hörmət göstərmək, onları sizinlə bölüşməyə davam etməsi deməkdir.

Səbinə İsmayilova,

Psixoloq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səkkiz milyon manatlıq avtomobil alır

Next

Qazaxıstan paytaxtında “narıncı” səviyyəli terror təhlükəsi müəyyənləşdirilib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv