Sosial 

“Facebook” və “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ: Parollarınızı dəyişin

Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən olan “Facebook” və “WhatsApp”a qarşı kiber hücumların artdığı açıqlanıb.

ARANTV.AZ Lent.az-a istinadən xəbər verir ki, “Meta” şirkəti açıqlamasında hər iki şəbəkə istifadəçilərinin parollarını dəyişdirməli olduğunu bildirib.

Şirkət bu hücumlara qarşı həssas olduğunu, həmin hakerləri məhkəməyə verdiyini də qeyd edib.

Qeyd edək ki, eyni problem “Meta” şirkətinə aid olan “Instagram” sosial şəbəkəsində də baş verib.

Daha çox xəbərlər