Cəmiyyət 

Gəncədə 11 yaşından uşaq evində yaşayan qız gəlin köçdü – FOTO

Gəncə Uşaq Evində toy şənliyi keçirilib.

Oxu.Az-ın məlumatına görə, müəssisədə məzun Günay Vəliyevanın toyu olub.

Günay Vəliyeva 11 yaşından uşaq evində böyüyüb. Bu gün isə müəssisə öz məzununu Şəmkir rayonuna gəlin köçürür. Günay Vəliyeva Tural bəylə ailə həyatı qurur.

Qeyd edək ki, Günay Vəliyeva Samux rayonunda bir otaqlı evlə təmin edilib.

Gəncədə 11 yaşından uşaq evində yaşayan qız gəlin köçdü - FOTO

 

  •  

Daha çox xəbərlər