Cəmiyyət 

2021-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı AÇIQLANDI

“2021-ci ildə Azərbaycana 791 783 nəfər əcnəbi gəlib”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gələnlərin sayı 2020-ci illə müqayisədə 0,5 faiz azalma var.

O qeyd edib ki, gələnlər əsasən Rusiya, Ukrayna, Türkiyə, İran və Gürcüstandandır.

“Hazırda ölkəyə 129 590 nəfər əcnəbi giriş edib”, – deyə o əlavə edib.

Daha çox xəbərlər