Heyva toxumunun bilmədiyiniz FAYDASI: Sən demə…
Heyvanın meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə dərmandır. Bir çoxları bilməsə də, heyva toxumundan hətta sivilcələr zamanı da istifadə edilir.
BİG.AZ xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün “İnstagram” səhifəsində yazıb.
Onun paylaşdığı möcüzəli reseptləri oxuculara təqdim edirik:
Fitokosmetologiyada
7-8 ədəd heyva tumunu 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez və ucuz başa gələn maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
Öskürək zamanı bəlğəmgətirici
2 iri heyvanı yaxşı yuyb qabıqlarını soyun, ortasını kəsin. Meyvənin qabıqlarını və içini (toxumlarla birlikdə) xırda doğrayın, termosa qoyun. Üzərinə 2 stəkan isti su tökün, termosun qapağını bağlayın, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal, limon əlavə etmək olar.

