Hadisə 

Qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs ƏLƏ KEÇDİ – FOTO

Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə müraciət edən Ağdaş şəhər sakini ona məxsus VAZ-2106 markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən Məhəmməd Abbasov saxlanılıb.

O, ifadəsində qaçırdığı nəqliyyat vasitəsini yaşadığı Mingəçevir şəhərində apardığını və orada ehtiyat hissələrini söküb, satmaq məqsədilə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Daha çox xəbərlər