Sakinlərə xəbərdarlıq mesajı: “Coker azadlıqdadır”
ABŞ-ın Missuri ştatının sakinlərinin telefonlarına “Coker azadlıqdadır” yazılmış mesajlar göndərilib.
Sözügedən mesaj patrul xidmətindən yollanıb.
Mesajda qeyd olunub ki, Qotem sakinləri 1978-ci il istehsalı “Dodge 3700 GT” avtomobilini axtarır. Sözügedən avtomobil eynilə “Betmen” filmində “Coker” obrazının idarə etdiyi UKIDME nömrə nişanına sahib olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sözügedən mesaj test xarakteri daşıyıb. Bununla onlar SMS xəbərdarlıq sistemini yoxlamağa cəhd ediblər. Lakin əməkdaşlardan biri mətndə “Coker”ə istinad etməklə zarafat edib.
Mənbə: Gazeta.ru

