Cəmiyyət 

Əmək pensiyası ilə bağlı YENİLİK

“İşləyən insanların əmək pensiyası ilə bağlı yenilik olacaq”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.

Onun sözlərinə görə, işləyən şəxslərin əmək pensiyasının yenidən hesablanması qanunla tənzimlənir:

“Həmin şəxs işləməyən pensiyaçı kateqoriyasına keçdikdə və işdən azad olunmasa belə, altı və daha çox fəaliyyəti olarsa, əmək pensiyası 6 ildən sonra yenidən hesablana bilər. Hazırda bu pensiyaların pratik qaydada təyinatı ilə bağlı müzakirələr gedir. Yaxın vaxtlarda həmin məsələdə praktik qaydada təyinatı rəsmiləşəcək”.

Daha çox xəbərlər