Sosial 

Eldar Həsənovun əmlakları müsadirə olunacaq

Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

ARANTV.AZ  xəbər verir ki,  bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

Nəsimi rayonunda yerləşən mənzil;

Nərimanov rayonunda yerləşən mağaza;

Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

Monteneqroda yerləşən mənzil.

Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib.

Daha çox xəbərlər