Cəmiyyət 

İlk sərnişin avtobusu Şuşaya çatdı – YENİLƏNİB + FOTO/VİDEO

Bakıdan çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb.

“Trend”in məlumatına görə, bu gün səhər saatlarında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Şuşa-Bakı marşrutları start götürüb.

İlk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb. İlk olaraq Şuşaya iki marşrut avtobusu yola düşüb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.

09:00

“Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq”.

ARANTV.AZ  xəbər verir ki, bunu bu gün azad olunmuş ərazilərə ilk avtobus reysinin açılış mərasimində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, ilk olaraq Şuşaya iki, Ağdama iki reys, Əhmədbəyliyə isə dörd reys start götürür:

“Bütün marşrutlar üzrə biletlər artıq satışdadır. Əhali arasında aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saat təşkil edir. Şuşa və Ağdamda ziyarət üçün sərnişinlərə iki saat yarım vaxt ayrılır. Bu müddət ərzində oradakı yerləri gəzmək mümkün olacaq. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək”.

 

Daha çox xəbərlər