Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, saziş 2021-ci il noyabrın 15-də Ər-Riyad şəhərində imzalanıb.

