Cəmiyyət 

Şuşa uşaqların gözü ilə

30 ilə yaxın yağı əsarətində olan Azərbaycanın mədəniyyət beşiyi Şuşamız artıq azaddır.  Azadlığın daha bir yaxşı tərəfi o oldu ki, ölkə  başçısı 2022-ci ili “Şuşa ili” elan etdi. Bu münasibətlə respublikamızın hər yerində olduğu kimi dağlar diyarı Yardımlı rayonunda da müxtəlif tədbirlər görülür. Rayon Mərkəziləşdirilmiş  Kitabxana Sisteminin Bilnə kənd  kitabxanası filialında  isə məktəblilərin əl işlərdən  ibarət “Şuşa uşaqların gözü ilə” adlı  sərgi keçirildi. Sərgi  Vətən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə Bilnə kənd kitabxana filialının müdiri Elgün Məmmədli öz çıxışında cənnət-məkan Şuşa haqqında maraqlı faktlarla toxundu, o, mədəniyyətimizin paytaxtı elan olunan Şuşa şəhərinin əsasının qoyulması, şəhərin füsunkar təbii gözəllikləri, tarixi abidələri, Milli Qəhrəmanları barədə  ətraflı danışdı və məktəblilərin maraq dairəsində olan  suallara cavab verdi.

Sonra məktəblilərdən Günay Kərimli və Zeynəb Kərimlinin Şuşa şəhərinə həsr etdikləri əl işlərinə baxış oldu, tədbir iştirakçıları bundan daha çox məmnun qaldılar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Daha çox xəbərlər