Cəmiyyət Region Xəbərləri 

Gənclərin İnkişaf Və Karyera Mərkəzinin Bərdə nümayəndəliyində gənclərə “GəncSƏN? Öz Biznesinə Başla” layihəsinin 2-ci təlimi keçirilib.

Təlimdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecin direktoru Xosrov Musayev iştirakçılara kənd təsərrüfatı biznesi haqqında məlumat verib, sonda iştirakçılara uğurlar diləyib. Daha sonra təlimçi Orxan Fəxrəddinov SWOT və SMART təhliləri həmçinin dünyaca tanınmış biznesmenlərin həyatı haqqında məlumat verib, sonda iştirakçıların sualları cavablandırılıb.

Layihə Education Hub-ın dəstəyi və Gənclərin İnkişaf və Karyera mərkəzinin Bərdə nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Daha çox xəbərlər