Ombudsman: Bilirəm ki, səlahiyyət müddətim başa çatıb
Bilirəm ki, mənim səlahiyyət müddətimin vaxtı artıq bitib. Amma Konstitusiyada da qeyd edilib ki, yeni Ombudsman seçilənədək mən səlahiyyətlərimi davam etdirə bilərəm.
ARANTV.AZ-ın məlumatına görə, bunu, Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib.
Ombudsman bildirib ki, qərarı prezident İlham Əliyev verir: “Nə vaxt deyər ki, kifayətdir, onda mən səlahiyyətlərimi itirəcəyəm”.oxu.az

