Cəmiyyət 

“Ölkədə 30 faizdən çox sahibkar qadın var” – Hicran Hüseynova

“Qadınlarımız, gənc qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunurlar”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar Dayanıqlı İnkişafa doğru” adlı tədbirdə çıxışı zamanı deyib.

Komitə sədri çıxışı zamanı bildirib ki, insanın inkişafı, bütövlükdə qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir.

H.Hüseynova qeyd edib ki, bütün sahələrdə qadınların və qızların hüquqlarının bərabər səviyyədə qorunması, inklüziv, ədalətli, keyfiyyətli institutların yaranması üçün geniş imkanlar yaranıb.

“Bu imkanlar qadınların maarifləndirilməsi üçün şərait yaradır. Ölkənin 8 regionunda yaradılan Qadın Resurs Mərkəzləri qadınların iştirakının artırılması üçün sistemli şəkildə iş aparır. Bunun nəticəsidir ki, artıq kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir. Qadın sahibkarların sayı artır.

Belə ki, əgər 2012-ci ildə sahibkar qadınların çəkisi 17 faiz idisə, 2019-cu ilin əvvəlinə bu göstərici 30 faizdən çoxdur. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda maraqlı tərəflərdən biri də qadınlardır. Çünki qadınlar nəsil yetişdirir. Onlar sağlam, güclü, təhsilli olmalıdır ki, böyütdükləri övladları da hərtərəfli olsun. Hər bir qadın ailənin, cəmiyyətin, dünyanın bəzəyidir. Bu əlamətdar gün münasibətilə bütün xanımlarımızı səmimi qəlbdən təbrik edirik”.metbuat.az

Daha çox xəbərlər