BP ötən ili mənfəətlə bitirib
Ötən il Böyük Britaniyanın neft-qaz nəhəngi olan BP şirkətinin səhmdarlarına aid olan xalis mənfəəti 7,565 mlrd. ABŞ dolları təşkil edib. Halbuki 2020-ci ili şirkət 20,3 mlrd. dollarlıq zərərlə başa vurmuşdu.
ARANTV.AZ-ın BP-nin hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə şirkətin gəliri illik müqayisədə iki dəfə artaraq 164,195 mlrd. dollara çatıb.
2021-ci ildə “Rosneft”in payı nəzərə alınmaqla BP-nin gündəlik hasilatı 3,317 mln. barel neft ekvivalenti təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisindən 4,5% azdır.

