Siyasət 

Türkiyə Ermənistanı Vyanada qəbul edəcək – Azərbaycandan reaksiyalar

Türkiyənin xarici işlər naziri  Mövlud   Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçiriləcəyinə münasibət bildirib. Çavuşoğlu deyib ki, görüşün Vyanada keçirilməsini Ermənistan təklif edib.

“Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses var idi, eyni vəziyyətin davamı olmasın deyə Vyana təklifi qəbul olundu”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.

Onu da xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.

Azərbaycan ictimaiyyəti, siyasətçilər, politoloqlar Türkiyə ilə Ermənistan arasında aparılan danışıqların müsbət yekunla bitəcəyinə inanırlarmı?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu danışıqlara nikbin yanaşır: “Bu məsələyə optimist yanaşıram. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Ermənistanın siyasi elitası iqtidar və ya müxalifət olmasından asılı olmayaraq  Türkiyə və Azərbaycana qarşı qərəzli, reallığı əks etdirməyən revanşist mövqedən çıxış etsə də, nəticə etibarı ilə Paşinyan və onun dar çərçivədə olan ətrafı dövlətlərini xilas etmək üçün yeganə yolun rəsmi Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçdiyinin fərqindədir. Amma uzun illər boyu erməni toplumu zəhərlənib. Onlar qatil və cani olan ”Qarabağ klanı”nın qurmuş olduğu dövlət, onların yaratdığı təbliğat maşınının nəzarəti altında zəhərlənərək xəstə cəmiyyətə çevriliblər. Paşinyan həm də addım-addım bu xəstə cəmiyyətə anlatmaq istəyir ki, bu ölkənin, yəni xəstə Ermənistan ölkəsinin yaşamasını istəyirsinizsə, yeganə yol Azərbaycan və Ermənistanla əlaqələrin qurulmasından keçir. Bu dövlət özü-özünü buna məhkum edib. Azərbaycan və Türkiyə bu münasibətlərin qurulmasında güclü dövlət kimi maraqlıdırlar. Ermənistan normal bir ölkəyə çevrilərsə, regionda hər hansı bir problem yaşanmazsa, Türkiyə və Azərbaycan müəyyən narahatlıqlar keçirməyə bilərlər.

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı: “Paşinyan həm də addım-addım bu xəstə erməni cəmiyyətinə anlatmaq istəyir ki…”

Dalana dirənmiş, iqtisadiyyatı zəif, rəzil bir ölkənin hər hansı bir səviyyədə inkişaf etməsi iki qardaş ölkə olaraq bizlərə heç bir problem yaradası deyil. Ermənistan dövləti zaman-zaman buxarlanıb gedəcək. Artıq bu proses başlayıb. Türkiyə-Ermənistan danışıqlarının uğurla bitəcəyinə nikbin yanaşıram. Sözsüz ki, buna mane olan şərtlər də var. Amma bu şərtləri tezliklə Ermənistan qəbul edəcək. Erməni diasporası münasibətlərin normallaşmasına qısqanc yanaşır. Çalışır ki, buna mane olsun. Çünki münasibətlər normallaşsa, Türkiyəyə qarşı soyqırım böhtanı gündəmdən çıxacaq. Eyni zamanda Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilmə olacaq. Bu da revanşistləri, erməni diasporasını qətiyyən narahat etmir. Amma xəstə erməni cəmiyyətindən çıxanlar da var ki, Ermənistanın gələcəyini düşünüb, bu cəmiyyəti “sağaltmağa” cəhdlər edirlər. Nəzərə alaq ki, Paşinyanın bu addımlarına beynəlxalq səviyyədə dəstək də var. Rusiyanın qısqanclığı ortadadır. İstəmir ki, Azərbaycan-Ermənistan münasibətləri normallaşsın. Çünki görür ki, bunlar baş verərsə, Rusiyanın regionda mövqeləri xeyli zəifləyəcək. Ermənistandan rus hərbi bazasının çıxarılması da gündəmə gələ bilər. İstisna etmirəm ki, Ermənistan özünə gələndən sonra bunu etməyə çalışacaq. Azərbaycanla bağlı Rusiya öz niyyətinə çata bilməyəcək. Rus sülhməramlıları ilə bağlı kimsə narahat olmasın, vaxtları bitəndə ərazimizdən çıxarılacaqlar. Unutmayaq ki, Azərbaycan müstəqillik qazandıqdan çox qısa sonra rus hərbi bazasını ölkədən çıxaran dövlətdir. Bu xalq 44 günlük Vətən müharibəsində də öz iradəsini ortalığa qoyub. Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına sona qədər mane ola bilməyəcək. Bu görüşlər davam edəcək. Vyana görüşünü qardaş ölkənin qəbul etməsinə normal yanaşıram. Paşinyanın ora getməsi gözlənilir. Bu proses davamlı olacaq. Ermənistanla olan təmaslar təbii ki, Azərbaycanla da razılaşdırılır. Türkiyə Azərbaycanın dövlət və milli maraqlarına zidd olan addımlar atan deyil, bu birmənalı şəkildə belədir. Onun üçün də bu danışıqları çox rahatlıqla izləyə bilərik. Proseslərin gedişini izləməli və məsələlərə müsbət yanaşmalıyıq. Ancaq ermənilərin etibarsız, hiyləgər olmasını da yaddan çıxarmamalıyıq”.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov: “Türkiyə bütün regiona yeni formatlar təklif edir”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Azər Hüseynov dedi ki, Türkiyə ilə Ermənistan arasında danışıqların dərinləşməsi Rusiyanın Qafqazda təsirini azaldacaqsa, gözəldir: “Ümumiyyətlə, son zamanlar Türkiyə müxtəlif istiqamətlərdə diplomatik trafiki gücləndiribdir. Bu, istər Ermənistan, istər İsrail, istərsə də BƏƏ ilə bağlıdır. Ermənistanın hazırkı hakimiyyəti Türkiyəsiz Rusiyadan qurtara bilməyəcəyini anlayıbdır yəqin. Paşinyan hər nə qədər qərbmeylli olsa da son proseslər ona dərs oldu. Qərb dediyin yekcins bir orqanizm deyildir. Putinin qarşısında boynu bükük Makron, Avropadakı tərəfdaşları ilə dil tapa bilməyən Bayden, Avropaya ”gedin, mən də indi gəlirəm” deyib gözləmədə duran Birləşmiş Krallıq var. Və bir də Ukrayna misalı. Eyni zamanda Qazaxıstanı da misal çəkə bilərik. Sanki Qərbin elə mərhəmləri var ki, onu Rusiya bilir və onunla üstlərinə gedir. Belə bir ortamda Türkiyə bütün regiona yeni formatlar təklif edir, regional və lokal birliklər. Bunlardan yığılan geosiyasi pazl. Bir detalı çıxarsan pazlda boşluq yaranır. İndi Paşinyan da ağıllı olsa bu pazlda olar. Burada Azərbaycana nə düşür? Türkiyə ilə münasibətləri daha da sıxlaşdırmaq, bütün diplomatik aparata bu şüuru təlqin etmək lazımdır. Türkiyənin özündə daim Azərbaycanı lobbiləşdirmək vacibdir. Azərbaycanda Türkiyənin mövqelərini güclü saxlamağı da bir an olsun diqqətdən qaçırmayaq. Türkiyədəki mühafizəkar milli siyasi camiəni hər zaman dəstəkləməliyik. Türkiyədə Azərbaycanı qorumaq, Azərbaycanda Türkiyəni qorumaq üçün mühafizəkar milli xətti dərinləşdirmək lazımdır. Bununla biz Ermənistan və Türkiyə diplomatik trafikində rolumuzu saxlaya bilərik. Türkiyənin geosiyasi pazllarında tərkib detalları belədir: Cənubi Qafqaz: Azərbaycan-Türkiyə ittifaqı və kölgəsinə sığınan qeyri militar Ermənistan; Yaxın Şərq: Türkiyə-Qatar və asimmetrik səhra və sahə aktorları və ərəb-Israil dialoqunun Türkiyə nəzarətində yeni formatı. Bu da məndən sizə eksklüziv geosiyasi öngörüdür. Biz də bu Türkiyə-Ermənistan gərgin diplomatik trafikində Xankəndi məsələsi üçün optimal yollar aramalıyıq. Ermənistanla sülh bağlanarsa, 10 noyabr sazişi artıq faktiki qüvvədən düşür. Ya da ki, proseslərin mürəkkəb gedişində sazişin düzgün yerinə yetirilmədiyinə diqqət çəkib qəribə də səslənsə, Rusiyanın antiterror əməliyyatında bitərəf qalmasına nail olmaq lazımdır. Bunun üçün resurs var. Şuşa Bəyannaməsi əsasında türk silahlı qüvvələrinin gəlməsinə nail ola bilərik”.

Akif Nağı — Vikipediya

Akif Nağı: “Böyük Zəfərdən sonra Azərbaycan faktoru xeyli yumşalıb, amma…”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə tamam fərqli mövqedədir: “Türkiyə ilə Ermənistan arasında danışıqların müsbət nəticə verəcəyi inandırıcı deyil. Çünki iki ölkə arasında ciddi problemlər var. Ermənistan Türkiyəyə qarşı əsassız iddialarından əl çəkmək istəmir. Digər tərəfdən, bəzi xarici dövlətlər bu münasibətlərin normallaşmasında maraqlı deyil. Ermənilərdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ermənilərin diaspor təşkilatları da Türkiyə ilə münasibətlərin yaxşılaşmasını istəmir, onların fəaliyyət prinsiplərinin əsasında antitürk tezisləri dayanır. Buraya kilsəni də əlavə etsək, yaxınlaşmaya müqavimət göstərən ciddi qüvvələr birliyini görərik. Hər halda, Türkiyə münasibətlərin düzəlməsini istəyir, bu istiqamətdə addımlar atır. Təyyarə reyslərinin açılması da bu mərama xidmət edir. Ortada Azərbaycan faktoru da var. Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan addım ata bilməz. Rəsmi Ankara 2008-2009-cu illərdə müəyyən cəhdlər göstərdi, amma nəticəsi olmadı. O vaxt Azərbaycan faktoru həlledici rol oynadı. Eyni zamanda yuxarıda qeyd etdiyimiz amillər də təsirsiz qalmadı. İndi Böyük Zəfərdən sonra Azərbaycan faktoru xeyli yumşalıb, amma hələ də kifayət qədər ciddi maneələr qalır. Digər faktorlar isə öz yerindədir. Ona görə də ən azından Azərbaycanla Ermənistan arasında bütün məsələlər öz həllini tapana qədər Türkiyə-Ermənistan münasibətlərinin yoluna qoyulacağına inanmaq çətindir və arzuedilən də deyil”.

Daha çox xəbərlər