Kriminal 

Abşeronda kütləvi dava: 1 nəfər bıçaqlandı

Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Mustafayev Rahim Şahin oğlu qəsəbə ərazisində fəaliyyət göstərən “Pəhləvanlar” obyektində kütləvi dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırlıb və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər

Leave a Comment