20 yaşlı oğlan qətlə yetirilib

Göygöldə qətl hadisəsi verib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Rövşən Nəsibov küçəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Məmmədov Cavidan Siyavuş oğlu bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səyinə baxmayaraq 20 yaşlı oğlan ölüb. İlkin məlumata görə C.Məmmədov tanışı tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.