Dünya 

Peyvənd edilməyənlər qripdən öldü

Rumıniyada qripdən ölənlərin sayı 166-ya çatıb. Sonuncu dəfə Buxarestdə 69 yaşlı kişi A tipli qripdən ölüb.

ARANTV.AZ  publika.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Epidemiyalara Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Məlumatda ölənlərin qrip əleyhinə peyvənd edilməyən şəxslər olduqları bildirilib.

Qeyd edək ki, yanvarın sonunda səhiyyə naziri Sorina Pintea ölkədə qrip epidemiyasının olduğu barədə məlumat vermişdi.

Daha çox xəbərlər