Cəmiyyət 

Şəhid bulağı

Müşfiq İlyas oğlu Cəfərov Birinci Qarabağ müharibəsində  torpaq uğrunda şəhid  olmuşdur.   20 illik  ömrünə qəhrəmanlıq, mərdlik yazılan  bu Vətən oğlu dağlar diyarı Lerik rayonu,  Monidigah kəndində dünyaya göz açmışdı. El-oba öz Vətən sevdalı igid oğlunu qəlbində yaşatmaqla onunla fəxr edirlər.

Monidigahlılar kəndin ən yaraşıqlı guşəsində öz qəhrəman oğlunun  əziz  xatirəsinə  ehtiram əlaməti olaraq   bulaq tikiblər . Bulağın açılışı oldu.

Mərasimə Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev başda olmaqla, rayon mədəniyyət və kənd folklor evinin işçiləri, kənd sakinləri, eləcə də  məktəblilər qatılmışdı . Çıxış edənlər  şəhid  İlyas Cəfərovun  erməni faşistlərinə qarşı göstərdiyi  qəhrəmanlıqdan,  Vətənə, torpağa sevgisindən  qürurla danışdılar  və bildirdilər ki, milyonların ürəyində  özünə əbədi məkan quran İlyasın qısa, şərəfli  ömür yolu gələn nəsillər də həyat məktəbi olar.

Sonra ziyarətçilər şəhid bulağına gül dəstələri düzdülər,  məktəblilərin  ifasında Vətəni, şəhidləri vəsf edən şerlər səsləndi.

Müşfiq Cəfərov 13 aprel 1974-cü ildə anadan olub. Orta təhsilini kənd məktəbində alıb.  26 yanvar 1994-cü ildə qəhrəmancasına şəhid olub,  şəhidin nəşi doğulub, boya-başa çatdığı Monidigah kənd qəbiristanlığında torpağa tapşırılıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər