Balakəndə Novruz bayramı münasibətilə satış-yarmarka açılıb
Novruz bayramı ərəfəsində, martın 9-da Balakən rayonunda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil edilib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka bayram günlərində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
ARANTV.AZ xəbər verir ki, Balakən şəhərinin Heydər Əliyev prospektində təşkil edilən yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, meyvə, tərəvəz, göyərti, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından xeyli ucuz qiymətə təklif olunur.
Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyəti və qiymətlərdən razılıq edirlər.



azərtac

