Dünya 

Planetin ən qoca sakini tarixə düşdü: Hər gün riyaziyyatla məşğul olur

116 yaşlı yapon Keyn Tanaka planetin ən qoca sakini kimi Ginnesin rekordlar kitabına düşüb.

Bu haqda “The Guardian” nəşri məlumat yayıb.

K.Tanaka 2 yanvar 1903-cü ildə anadan olub. Hazırda Yaponiyanın cənub-qərbində yerləşən Fukuoka şəhərində yaşayır.

Rekordçu qadın hər gün səhər saat altıda oyanır və riyaziyyatla məşğul olur. O, eyni zamanda, “Otello” (masaüstü oyun – red.) oynamağı sevir.

Qeyd edək ki, bundan əvvəl planetin ən qoca sakini Tiyo Miyako hesab olunurdu. O, 117 yaşında dünyasını dəyişib. (Oxu.az)

 

Daha çox xəbərlər